Kateqoriyasız

“ASCO Arena”nın süni örtüyü FIFA sertifikatına layiq görülüb

“ASCO Arena”da quraşdırılmış süni ot örtüyü FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ali futbol qurumunun keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Qeyd edək ki, daha əvvəl Şamaxı şəhər stadionu da eyni sertifikatı alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43