06 Sentyabr 2024
Ölkə futbolu

Asim Xudiyev UEFA-dan növbəti təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

A.Xudiyev, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq.

Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşmanı kosovolu baş hakim Visar Kastrati idarə edəcək.

Qeyd edək ki, görüş iyulun 25-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43