Kateqoriyasız

“ASK Arena” yeni görkəmdə: “Keşlə” “yuva”ya qayıtdı

Peşəkar Futbol Liqasının nümayəndələri bu gün “ASK Arena”ya son baxış keçiriblər.

Bu haqda PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

“Stadionu “Keşlə” – “Qaradağ Lökbatan” oyunu zamanı yoxladıq. Qazonda, otaqlarda, ən əsası projektorlarda hər şey qaydasındadır. Kiçik çatışmazlıqlar var ki, bunlar da tez bir zamanda aradan qaldırılacaq məqamlardır. “Keşlə” qış fasiləsindən sonra ev oyunlarını məhz “ASK Arena”da keçirəcək” – deyə o bildirib.

Xatırladaq ki, 2019-cu ilin sentyabrından “ASK Arena”nın süni qazonu yenisi ilə dəyişdirilib. Bu səbəbdən həmin vaxtdan “Keşlə” ev oyunlarını orada keçirə bilməyib.

Oxşar xəbərlər

Paşayev üçün 90 dəqiq və qələbə

admin

Prezident idmançılara mənzil verdi – Siyahı

admin

“Real”la başlayır, “Qarabağ”la davam edir

admin