Ölkə futbolu

“Aslan” oyandı

Topaz Premyer Liqasının 13-cü turunda “Sumqayıt” ilə qarşılaşdıqdan sonra “Rəvan”da futbolçulara istirahət verildiyini xəbər vermişdik. Artıq 4 günlük istirahət başa çatıb və futbolçular yenidən hazırlığa başlayıb.

Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında məşqləri bərpa edən “aslanlar” Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da çalışır. Gündə 2 dəfə məşqə çıxan futbolçular səhər fiziki, axşam isə taktiki-texniki yöndə hazırlıq keçir.

Məşqlərdə 2 zədəli futbolçu – Tofiq Mikayılov və Elvin Həsənəliyev, o cümlədən dizindəki zədəni sağaltmaqla məşğul olan Kristian Torres iştirak etməyib. Amma sonuncunun “Qarabağ”la oyuna qədər sıraya dönəcəyini də qeyd edək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43