İdman

Aspilikueta “Qarabağ”la oyuna “təmiz qələbə” adını verdi

“Çelsi”nin futbolçusu Sezar Aspilikueta  Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra “Tvitter” hesabından paylaşım edib.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı futbolçu gecənin onlar üçün möhtəşəm keçdiyini yazıb: “Möhtəşəm gecə idi. Yenidən Çempionlar Liqasına qayıtdıq. Təmiz fərqlə qələbə qazandıq. “Stemford Bric”də əla atmosfer var idi. Və təbii ki, “Çelsi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43