İdman

“Astana” “Simurq”un sabiq futbolçusunu transfer etdi

Zaqatalanın “Simurq” klubunun sabiq legioneri Marko Stanoyeviç Qazaxıstanda komandasını dəyişib.

 İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı serbiyalı yarımmüdafiəçi Karaqanda “Şaxtyor”undan “Astana”ya transfer olub. Marko “Srvena Zvezda”nın yetirməsidir. O karyerasının böyük hissəsini Serbiyanın digər təmsilçisi “Rad”da keçirib. Yarımmüdafiəçi 2014/15 mövsümündə Moldovanın “Şerif” klubundan Azərbaycanın “Simurq” klubuna icarəyə verilmişdi. O, Zaqatala klubunda 17 oyunda forma geyinmiş və 4 qol vurmuşdu. 

Əlavə edək ki, son Qazaxıstan çempionu “Astana” Avropa Liqasının 1/16 final mərhələsində mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43