İdman

Astorinin ölümü ilə bağlı cinayət işi açıldı

“Fiorentina”nın kapitanı Davide Astorinin ölümü ilə bağlı cinayət işi açılıb.

İdmanxeber.com-un “Footbal İtalia”ya istinadən yaydığı xəbərə görə, onun qətlə yetirilib-yetirilməmsi ilə bağlı araşdırma aparılır.

Udine şəhər prokuroru Antoni De Nikola hələlik futbolçunun ölümündə şübhəli şəxsin olmadığını deyib. O bildirib ki, hər şeyə tibbi ekspertizadan sonra aydınlq gələcək.

Qeyd edək ki, Davide Astori komandanın məskunlaşdığı oteldə dünən səhər saatlarında ölü vəziyyətdə tapılıb. O, yuxudan ayılmayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43