Dünya futbolu

“At sürməyi və sürətli döyüş sənətini sevirəm” – Haaland

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland yerli mətbuatta müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, norveçli futbolçu Premyer Liqadakı futbolun səviyyəsindən danışıb.

“İnsanların Premyer Liqanı niyə dünyanın ən yaxşı çempionatı adlandırdıqlarını başa düşürəm, çünki həqiqətən belədir. Mən burada oynamağı xoşlayıram. Mən at sürməyi və sürətli döyüş sənətini sevirəm. Buradakı oyundan həzz alıram”.

22 yaşlı norveçli bu mövsüm “Mançester Siti”nin heyətində 51 oyuna çıxıb, 52 qol vurub və 9 məhsuldar ötürmə edib.

Onun komandası vaxtından əvvəl İngiltərə çempionluğunu qazanıb. “Mançester Siti” İngiltərə kubokunun finalında “Mançester Yunayted”lə, Çempionlar Liqasının finalında isə “İnter”lə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43