Dünya futbolu

Ata və oğul həbs olunacaqlar

Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükür və atasının həbs olunması barədə qərar verilib.

İdmanxeber.com-un məlumatına görə, xəbər verir ki, Sakarya Respublika Prokurorluğunun “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) çevriliş cəhdinə dair araşdırması çərçivəsində keçmiş millət vəkili Hakan Şükürün və atası Selmet Şükürün tutulması üçün iş başlanılıb.

Məlumata görə, ölkə xaricində olan Şükür “silahlı terror təşkilatına üzv olmaq”da ittiham edilir. Polis Hakan Şükürün İstanbuldakı evində axtarış aparılıb.

Hakan Şükür və ailəsi ötən ilin dekabr ayında Türkiyədən gedib. Adapazarında yaşayan atası Selmet Şükürün isə tapmaq mümkün olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43