Dünya futbolu

Atakora 90 dəqiqə meydanda oldu, Toqo millisi qalib gəldi

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib. Yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin IV turunda meydana çıxıb. O, D qrupunda keçirilən Qambiya – Toqo qarşılaşmasında iştirak edib. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. Toqo yığması səfər görüşündə vacib 3 xal qazanıb – 1:0.

Bu qələbədən sonra Lalavelenin komandası xal hesabını 5-ə çatdırıb. 3-cü pillədə qərarlaşan toqolular Əlcəzair və Benindən 2 xal geri qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43