Dünya futbolu

“Atalanta” 18 milyon avroya hücumçu transfer etdi

Çempionlar Liqasına vəsiqə qazanan İtaliyanın “Atalanta” klubu heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Berqamo təmsilçisi İspaniyanın “Sevilya” klubundan Luis Murieli transfer edib.

Kolumbiya millisinin üzvüylə 4 illik müqavilə imzalanıb. Bu keçid “Atalanta”ya 18 milyon avroya başa gəlib.

Qeyd edək ki, “Sevilya” Murieli 2017-ci ildə “Sampdoria”dan 20 milyon avroya transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43