18 Oktyabr 2024
Dünya futbolu

“Atalanta” belçikalı oyunçunu birdəfəlik transfer etmək istəyir

“Atalanta” Şarl De Ketelarenin performansından məmnundur.

İdmanxeber.az-ın məlumatına görə, “göy-qaralar” icarə əsasında çıxış edən 22 yaşlı belçikalı oyunçunu yayda “Milan”dan birdəfəlik transfer etmək istəyir. “Atalanta” bu keçid üçün 23 milyon avro ödəməli olacaq.

De Ketelare bu mövsüm bütün turnirlərdə 26 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43