İtaliya A seriyasında 29-cu turun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşü Berqamoda keçirilib. Cari mövsümdə sərgilədiyi oyunla çoxsaylı azarkeşlərin diqqətini çəkən “Atalanta” öz meydanında “Napoli”ni qonaq edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.