Dünya futbolu

“Atletiko” belçikalı futbolçu ilə danışıq aparır

“Atletiko” yarımmüdafiəçisi Aksel Vitsel ilə müqavilənin uzadılması ilə bağlı danışıq aparır.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçisi Dieqo Simeone oyunçunun çıxışından razıdır. Belçikalının yeni sözləşməsi 2026-cı ilə qədər olacaq. Hazırkı müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.

Vitsel bu mövsüm La Liqada 17 oyuna çıxıb, bir qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43