Müsahibə

Atilla Yıldırım: “Qarabağ”la oyunda iki penaltimiz verilmədi”

“Sumqayıt”ın “Utrext” komandasından trasnsfet etdiyi hücumçu Hollandiya mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, “Sumqayıt”ın futbolçusu Atilla Yıldırım Hollandiya mətbuatına müsahibə verib. O, ölkəmiz haqda maraqlı açıqlamalar edib:

“Bizim klubda yalnız azərbaycanlılar oynayır. Mənim bu kluba cəlb olunmağıma səbəb isə nənəm və babamın uzun illər azərbaycanlıların çoxluq təşkil etdiyi Qarsda yaşaması olub. Klub prezidenti mənə dedi ki, sən də azərbaycanlı sayılırsan. Həm də Türkiyə ilə Azərbaycan bir-birlərinə çox yaxın dövlətdirlər”.

Atilla Yıldırım Premyer Liqada “Qarabağ”a qarşı keçirdikləri oyun barəsində də danışıb:

“Biz “Qarabağ”a qarşı çox yaxşı oynamışdıq. Hətta bu, hamının təəccübünə səbəb olmuşdu. Yaxşı oynasaq da, məğlub olduq. Ancaq onu deyə bilərəm ki, matçda iki penaltimiz verilmədi. Açığı bunu səbəbini başa düşmədik. Təəssüf ki, Azərbaycanda hələki VAR sistemi yoxdur”.

O, daha öncə çıxış etdiyi Türkiyə ilə Azərbaycan futbolunu da müqayyisə edib:

“Türkiyədə gördüklərim barəsində kitab yazaram. Orada çox dəhşətli şeylər olur. Azərbaycanda hələlik belə hallara rast gəlməmişəm. Bundan sonra əsla Türkiyə çempionatına qayıtmaram. Hazırda “Sumqayıt”da çox xoşbəxtəm. Və burada qalıb, müəyyən uğurlar qazanamq istəyirəm”.

Qeyd edək ki, Atilla Yıldırım Türkiyənin “Kasımpaşa”, “Konyaspor”, “Bucaspor”, “Şanlıurfaspor” və “Elazığspor” klublarında oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43