Dünya futbolu

“Atletiko” daha bir futbolçu ilə müqavilə imzaladı

Madrid "Atletiko"su daha bir futbolçu ilə müqavilə yeniləyib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, komandanın 27 yaşlı müdafiəçisi Dieqo Qodinlə müqavilənin müddəti 3 il uzadılıb. Hazırki müqaviləsi 2015-ci ildə başa çatacaq futbolçu 2018-ci  ilə kimi Madrid təmsilçisində top qovacaq.

Qeyd edək ki, Uruqvay millisinin də üzvü olan Qodin 2010-cu ildə İspaniyanın digər klubu “Vilyarreal”dan “Atletiko”ya gəlib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43