Dünya futbolu

“Atletiko” iki əsas futbolçusu ilə yolları ayırır

“Atletiko” iki futbolçusu ilə yayda yolları ayırmağı hazırlaşır.

Madrid klubu Filipe Luis və Dieqo Qodinlə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmür.

“Atletiko”nun siyasətinə əsasən, klub yaşı 30-dan yuxarı olan futbolçularla müqavilənin müddətini maksimum 1 il uzada bilər. Ancaq F.Luis və D.Qodin daha uzunmüddətli sözləşmə təklifi istəyirlər.

Hazırda 33 yaşı olan hər iki oyunçu bu mövsümün sonu azad agent olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43