Dünya futbolu

“Atletiko” sabiq hücumçusunu geri qaytarır?

Cari mövsümdə hücum xəttində ciddi problemlərlə üzləşən “Atletiko” yeni mövsüm (2016/17) başlayana qədər bu problemi həll etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, Xakson Martinesinesin “Quanqjo Everqrand”a transferindən 46 milyon avro əldə edən Madrid klubunun rəhbərliyi həmin pulla hazırda  “Çelsi”də çıxış edən Dieqo Koştanı transfer etməyə çalışacaq. Hindular yaxın günlərdə “Zadəganlar”a 25 milyon avroluq təklif paketi yollamağı planlaşdırır.

Qeyd edək ki, Koşta 2010-2014-cü illər aralığı “Atletiko”da çıxış edib. O, bu müddər ərzində 135 matçda 64 dəfə fərqlənib. 2014-cü ilin yayında isə 32 milyon funt qarşılığında “Çelsi”yə transfer edilib (66 oyun, 30 qol).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43