29 Sentyabr 2024
Kateqoriyasız

“Atletiko” və “Ayntraxt”ın futbolçusu millimizə çağırıldı

Yanvarın 19-dan 24-dək Bakı şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış üçün yığmamıza 17 futbolçu dəvət olunub.

Millimizə dəvət alan futbolçuların siyahısı belədir: Günay İsmayılova (“Fidan”), Aytac Şərifova – (“Təhsil”), Diana Məmmədova (UGİM, Rusiya), Manə Mollayeva (“Qəbələ”), Samara Ortiz (“Kanilyas” İspaniya), Vüsalə Hacıyeva (“Təhsil”), Alina Mixayelis (“Ayntraxt”, Almaniya), Natalya Rodelqo (“Atletiko”, İspaniya), Aysun Əliyeva (“Neftçi”), Malena Ortiz (“Kanilyas” İspaniya), Roza Quliyeva (“Fidan”), Firəngiz Teymurova (“Təhsil”), Nigar Cəlilli (“Fidan”), Kristina Bakarandze (“Neftçi”), Gizəm Tənəkəci (“Frankfurt”, Almaniya), Süsən Mənsimova (“Neftçi”), Yaiza Relea (“Rayo Valyekano”, İspaniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43