Ölkə futbolu

“Atletiko” yenidən Azərbaycana gələcək

Madrid "Atletiko"su yayda yenidən Azərbaycana gələ bilər.

"Bakı" klubu Avropa nəhənginə paytaxt Bakıda hazırlıq keçməyi təklif edib. Hazırda "Atletiko" bir neçə variant arasında müzakirələr aparır. İspaniya təmsilçisi son qərarını yaxın günlərdə açıqlayacaq.

Madrid klubunun yay hazırlığı adətən, bir neçə ölkədə keçirilir. Hər hazırlıq təqribi 2-3 həftə davam edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43