Ölkə futbolu

“Atletiko” yenidən Bakıya gələcəyi üçün xoşbəxtdi

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko” öz Tvitter səhifəsində Ağdam klubunu tarixi nailiyyət münasibəti  ilə təbrik edib.

İdmanxeber.com-un Madrid təmsilçisinin Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, təbrik mesajında deyilir: 

“İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz Azərbaycanın paytaxtı Bakıya qayıdacağımızdan şadıq”.

Xatırladaq ki, “Atletiko” “Bakı” klubu ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə Bakıya gələrək paytaxt təmsilçisi ilə yoldaşlıq oyunu keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43