Dünya futbolu

“Atletiko”da yeni müqavilə

İspaniya La Liqa təsmilçisi “Atletiko” müdafiəçisi Lukas Ernandeslə yeni müqavilə bağlayıb.

Madrid təmsilçisi 21 yaşlı futbolçuyla müqavilə müddətini 2022-ci ilin yayınadək artırıb. Bu barədə məlumatı klubun saytı yayıb.

Fransa gənclər millisinin də üzvü olan Lukas, cari mövsümdə 12-si La Liqa, 5-i ölkə kuboku, 3-ü isə Çempionlar Liqasında olmaqla, cəmi 20 oyunda şans qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43