Dünya futbolu

“Atletiko”dan növbəti transfer

Madridin “Atletiko” klubu növbəti transferini reallaşdırıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, İspaniya nəhəngi “Benfika”nın hücumçusu İvan Şaponyiçi transfer edib. 21 yaşlı futbolçu üçün 7 milyon fun-sterlinq təzminat ödəyən klub onunla 3 illik müqavilə imzalayıb.

“Atletiko” daha öncə “Benfika”dan Joau Felişi 126 milyon avroya transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43