Dünyadan

“Atletiko”nun başı dərddə

Çempionlar Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində “Barselona”ya qalib gələrək yarımfinala adlayan “Atletiko” ciddi problemlə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, əgər yarımfinalda püşk Madrid klubuna “Çelsi”ni rəqib etsə o zaman müqavilə ilə London komandasına məxsus Tibo Kurtuanın xidmətlərindən istifadə edə bilməyəcək.  Təcrübəli qolkiperin “Atletiko” ilə anlaşmasındakı xüsusi bəndə görə Kurtua yalnız bir halda onlara qarşı oynaya bilər.

Əgər İspaniya təmsilçisi bir oyunluq üçün qarşı tərəfə 6 milyon avro ödəsə, qapıçı ingilislərə qarşı meydanda ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43