Dünya futbolu

“Atletiko”nun futbolçusu “Mançester Siti”də

“Atletiko” (Madrid) futbolçusu Martin Demiçelisi satmaq qərarına gəlib.

Goal.com-un yaydığı məlumata görə, ispan təmsilçisi futbolçu üçün “Mançester Siti” ilə razılığa gəlib. İngilis təmsilçisi Demiçelis üçün qarşı tərəfə 4.1 milyon avro və əlavə olaraq 680 min avro ödəyəcək.

Bu transfer “Mançester Siti”nin futbolçu ilə razılığa gəldikdən sonra rəsmən açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43