Dünya futbolu

“Atletiko”nun müdafiəçisi zədələnib

“Atletiko”nun (Madrid) oyunçusu Sesar Aspilikueta zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi “Real”la keçirilən İspaniya Kuboku oyununda sıradan çıxıb. Onun ən azı 2 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Aspilikueta ötən ilin yayında azad agent kimi “Atletiko”ya keçib. O, bu mövsüm 22 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43