Kateqoriyasız

“Atletiko”nun prezidenti “Qarabağ”ın adını unutdu

“Atletiko”nun prezidenti ötən ilki qarşılaşmalar barəsində danışıb.

İdmanxeber.az-ın məlumatına görə, İspanıyanın “Atletiko Madrid” klubunun prezidenti Enrike Serezo Çempionlar Liqasının püşkatma mərasimindən öncə mətbuata açıqlama verib. Serezo ” Ötən mövsüm Çempionlar Liqası bizim üçün qorxulu bir yuxu oldu. Adını xatırlamadığım bir klub ötən mövsüm bizi büdrətdi. Biz daha güclü komandalarla oynayacağımızı düşünürdük” deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43