Ölkə futbolu

“Atromitos”un baş məşqçisi Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb

Yunanıstan Super Liqasının XXIV turunda keçirilmiş PAOK – “Atromitos” matçından (3:0) sonra qonaq komandanın baş məşqçisi Damir Kanadi qarşılaşmanın baş hakimi Əliyar Ağayevdən narazılıq edib.

Avstriyalı mütəxəssis azərbaycanlı FIFA referisinin səhvlərə yol verdiyini deyib: “PAOK-a qarşı yaxşı müdafiə olunduq, lakin daha cəsur oynamaq lazım idi. Bu hesaba layiq deyildik. Qapımıza təyin edilən ikinci penalti yanlış qərar idi. Birinci hissədə Brunonun epizodunda da oyundankənar vəziyyət yox idi”.

Yunanıstanlı sabiq FIFA referisi Anastasios Kakos da Əliyar Ağayevin idarəçiliyindən danışıb. O, 31 yaşlı referinin oyunu yaxşı idarə etdiyini deyib: “Ağayev oyunu yaxşı idarə etdi. Penalti qərarları doğru idi. Yalnız ilk hissədə Brunonun oyundankənar vəziyyət epizodunda yanlış qərar oldu. Yan xətt hakimi kobud səhv etdi”.

Əliyar Ağayev sözügedən oyunda PAOK-un lehinə 2 penalti qərarı verib. “Atromitos”un hücumçusu Bruno iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43