Kateqoriyasız

Avqust ayının ən yaxşı qolunun müəllifi kimdi? – VİDEO

Premyer Liqada avqust ayında vurulmuş ən gözəl qolun müəllifi məlumdur. Peşəkar Futbol Liqasının rəsmi saytında keçirilmiş sorğunun nəticələrinə əsasən AZAL klubunun amerikalı yarımmüdafiəçisi Con Olureminin IV turda “Sumqayıt”ın qapısına vurduğu qol avqust ayının ən gözəl qolu seçilib.

1.  Con Oluremi (AZAL)  (771 səs, 35%)

2.  Cavid Hüseynov (Bakı)  (579 səs, 26%)

3.  Reynaldo Silva (Qarabağ)  (482 səs, 22%)

4.  Bahodır Nasimov (Neftçi)  (278 səs, 13%)

5.  Vaqif Cavadov (İnter)  (100 səs, 5%)

Qalibin mükafatlandırılması mərasimi 25 sentyabrda “Fairmont Baku” mehmanxanasında keçiriləcək. Saat 15:00-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43