Kateqoriyasız

AVRO-2016: Çexiya millisinin heyəti açıqlandı

Çexiya millisinin “Avro-2016″nın final mərhələsi üçün genişləndirilmiş heyəti açıqlanıb.

Bu ayın sonlarında heyətdən 5 oyunçu kənarlaşdırılacaq və Çexiya millisi Avropa çempionatına 23 futbolçu ilə yollanacaq.

Qeyd edək ki, D qrupunda qərarlaşan Çexiya millisi İspaniya, Xorvatiya və Türkiyə yığmaları ilə mübarizə aparacaq.

Qapıçılar: Petr Çex (“Arsenal”, İngiltərə), Tomaş Lubek (“Slovan”), Tomaş Vaçlik (“Bazel”, İsveçrə),

Müdafiəçilər: Teodor Cebre Selasse (“Verder”, Almaniya), David Limberski, Roman Hubnik (hər ikisi “Viktoriya”), Pavel Kaderabek (“Hoffenhaym”, Almaniya), Mixal Kadleç, Ondrey Zahustel (hər ikisi “Sparta”), Tomaş Sivok (“Bursaspor”), Daniel Pudil (“Şeffil Uenzdi”, İngiltərə), Marek Suşi (“Bazel”, İsveçrə)

Yarımmüdafiəçilər: Vladimir Darida (“Herta”, Almaniya), Borek Dokal, Ladislav Kreyçi, Jozef Sural, Lukaş Mareçek (hamısı “Sparta”), Daniel Kolar, Yan Kovarik (hər ikisi “Viktoriya”), David Pavelka (“Kasımpaşa”, Türkiyə), Yaroslav Plaşil (“Bordo”, Fransa), Tomaş Rositski (“Arsenal”, İngiltərə), Yiri Skalak (“Brayton”, İngiltərə),

Hücumçular: David Lafata (“Sparta”), Tomaş Netsid (“Bursaspor”, Türkiyə), Patrik Şik (“Bohemians”), Milan Şkoda (“Slaviya”), Matey Vidra (“Ridinq”, İngiltərə),



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43