Dünyadan

AVRO-2016-nın püşkünün vaxtı bilindi

2016-cı ildə Fransada təşkil olunacaq və ilk dəfə 24 komandanın iştirak edəcəyi Avropa çempionatının seçmə mərhələsinin püşkünün vaxtı açıqlanıb.

UEFA-nın rəsmi saytının verdiyi məlumata görə, gələn ilin fevralın 23-də Nitsa şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

AVRO-2016-nın final mərhələsinin püşkü isə 2015-ci il dekabrın 12-də atılacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43