Ölkə futbolu

AVRO-2016, Püşk millimizdən üz döndərdi: İtaliya və Xorvatiya millimizlə eyni qrupda – YENİLƏNİB

Bu gün futbol üzrə 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının püşkatması keçiriləcək. Bakı vaxtı ilə 15:00-da start götürəcək tədbir Nitsa şəhərində baş tutacaq.

2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq 53 komanda 6 səbətə bölünüb. Yığmamız V səbətində yer alıb.  Səbətlərin tərkibi yığmaların UEFA reytinqinə əsasən müəyyənləşdirilib.

Səbətlərin tərkibi aşağıdakı kimidir:

1. İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina

2. İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya

3. Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Çernoqoriya

4. Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus

5. İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr

6. Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları

Qeyd edək ki, seçmə mərhələdə 53 komanda mübarizə aparacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutanlar final mərhələsinə yollanacaq. 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma da AVRO-2016-ya qatılacaq. Eyni yeri tutan digər 8 komanda isə pley-offda 4 xoşbəxti müəyyənləşdirəcək.

***

A qrupu
Niderland
Çexiya
Türkiyə
Latviya
İslandiya
Qazaxıstan
B qrupu
Bosniya və Herseqovina
Belçika
İsrail
Uels
Kipr
Andorra
C qrupu
İspaniya
Ukrayna
Slovakiya
Belarus
Makedoniya
Lüksemburq
D qrupu
Almaniya
İrlandiya
Polşa
Şotlandiya
Gürcüstan
Cəbəllütariq
E qrupu
İngiltərə
İsveçrə
Sloveniya
Estoniya
Litva
San Marino
F qrupu
Yunanıstan
Macarıstan
Rumıniya
Finlandiya
Şimali İrlandiya
Farer adaları
G qrupu
Rusiya
İsveç
Avstriya
Monteneqro
Moldova
Lixtenşteyn
H qrupu
İtaliya
Xorvatiya
Norveç
Bolqarıstan
Azərbaycan
Malta
İ qrupu
Portuqaliya
Danimarka
Serbiya
Ermənistan
Albaniya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43