Kateqoriyasız

“Avro-2016”: “Qarabağ”ın üzvü 60 dəqiqə meydanda oldu

Makedoniya millisi “Avro-2016″nın seçmə mərhələsində növbəti matçını keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın futbolçusu Muarem Muaremin şərəfini qoruduğu yığma öz meydanında Lüksemburqla qarşılaşıb.

Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın üzvü isə start heyətində meydana çıxıb və 60 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43