İdman

AVRO-2020: Açılış oyunu nə vaxt olacaq?

AVRO-2020-nin final mərhələsinin açılış oyununun baş tutacağı yer dekabrın 7-də bəlli olacaq.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçiriləcək yığıncağı turnirin ilk matçının məkanı ilə bağlı qərar verəcək.

Açılış oyununun təşkili üçün 5 şəhər namizədliyini verib. Bunlar Sankt-Peterburq (Rusiya), Amsterdam (Hollandiya), Brüssel (Belçika), Qlazqo (Şotlandiya) və Roma (İtaliya) şəhərləridi.

AVRO-2020-yə ev sahibliyi edəcək digər 8 şəhər isə açılış oyununa iddia etmir. Bunlar Münhen (Almaniya), Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), həmçinin yarımfinal və finalı qəbul edəcək İngiltərə paytaxtı Londondu.

Yığıncaqda Brüsselin ev sahibliyi də müzakirə olunacaq və Belçika paytaxtının “13-lük”dən çıxarılıb-çıxarılmamağı ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, final mərhələsi 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43