Kateqoriyasız

AVRO-2020-i təxirə salınır – UEFA AÇIQLADI

UEFA Avro-2020-nin koronavirus pandemiyası səbəbindən təxirə salınması üzərində çalışır.

Bu barədə qitə futbol qurumunun nümayəndəsi Evelina Kristillin məlumat verib.

O, bununla bağlı öz fikrini də bildirib: “Fikrimcə, indi milli liqaların başa çatması üçün vaxt vermək və Avro-2020-ni növbəti ilə təxirə salmaq məqsədəuyğundur. Turnirin gələn ilə təşkil etmək ehtimalını araşdırırıq”.

Xatırladaq ki, Avro-2020 iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43