Dünya futbolu

AVRO-2020: İspaniya İsveçlə bacarmadı, Slovakiya və Çexiyadan qələbə

AVRO-2020-nin qrup mərhələsinin oyunları davam edir.

Daha 3 matç keçirilib.

D qrupunda Şotlandiya Çexiya ilə qarşılaşıb. Patrik Şik dublla çexlərə qələbə qazandırıb.

E qrupunda Polşa Slovakiya, İspaniya isə İsveçlə oynayıb. Slovaklar Polşa üzərində 2:1 hesablı qələbə qazanıb. İspaniya ilə İsveçin müqavimətini qıra bilməyib – 0:0.

AVRO-2020
I tur

D qrupu

Şotlandiya – Çexiya – 0:2
Qol: 
Şik, 42, 52

E qrupu

Polşa – Slovakiya – 1:2
Qollar:
 Linetti, 46 – Şensni, 18 (öz qapısına), Şkrinyar, 69
Qırmızı vərəqə: Krxovyak, 62

İspaniya – İsveç – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43