Dünya futbolu

AVRO-2020-nin talismanı təqdim olundu

UEFA AVRO-2020-nin talismanını təqdim edib. Avropa çempionatının maskotu “Skilzi” adlanır.

Yeni talisman futbol fristaylçısı keyfiyyətlərinə malikdi. Amsterdam şəhərində keçirilən Hollandiya – Almaniya matçından öncə təşkil olunan təqdimat mərasimində fristayl ustaları Liv Kuk və Tobias Beks iştirak ediblər. Onlar “Skilzi” ilə birlikdə müxtəlif tryuklar göstəriblər.

AVRO-2020-nin final mərhələsinin oyunları Avropanın 12 şəhərində keçiriləcək. Turnirin 4 matçı Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43