İdman

AVRO-2020: Püşkatmanın vaxtı və yeri dəqiqləşdi

AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi yer və vaxt məlum olub.

İdmanxeber.com-un məlumatına görə, hər bir Avropa komandasının təmsil olunacağı mərhələnin püşkatma mərasimi İrlandiyanın Dublin şəhərində baş tutacaq. Bakı da daxil olmaqla, 13 şəhərdə reallaşacaq yarışın seçmə mərhələsinin matçlarında bütün yığmalar iştirak edəcək. Bu səbəbdən milli komandamızla yanaşı daha 55 yığmanın gözü Dublində olacaq.

Tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq. Həmin gün 55 komanda 10 qrupa bölünəcək. Beş qrupda 6, beş qrupda isə 5 komanda yer alacaq. Azərbaycan yığması da rəqiblərini dekabrın 2-də tanıyacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu il martından noyabrınadək keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43