Dünya futbolu

AVRO-2024: Almaniya və İsveçrə 1/4 finalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gələcək. Qarşılaşma İsveçrənin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutub. Ev sahibi komanda bu matçında 2:0 hesabı ilə qalib ayrılıb.

Bu nəticələrin ardından Almaniya və İsveçrə komandaları 1/4 finala vəsiqə qazanıb.

AVRO-2024

1/8 final

29 iyun

20:00. İsveçrə – İtaliya 2:0

Baş hakim: Şimon Marçinyak (Polşa).

Berlin, Olimpiya stadionu.

23:00. Almaniya – Danimarka 2:0

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, “Siqnal İduna Park” stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43