Dünya futbolu

Avro-2024: Almaniyadan darmadağın

Bu gün Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatında start verilib.

İdmanxeber.az-ın məlumatına görə, açılış matçında (A qrupu) ev sahibi Almaniya millisi Şotlandiya ilə üz-üzə gəlib və 5:1 hesabı ilə qalib gəlib.

Avro-2024, açılış oyunu

23:00. Almaniya – Şotlandiya – 5:1

Qollar: Virtz, 10 (1:0), Musiala, 19 (2:0), Havertz, 45+1-pen (3:0), Füllkruq, 68(4:0), Rüdiqer, 87-avtoqol (4:1), Emre Can, 90+3 (5:1)
Qırmızı vərəqə: Porteous, 44 (Şotlandiya)

Baş hakim: Kleman Türpen (Fransa)

“Allianz Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43