Dünya futbolu

Avro-2024 bu gün start götürür: İlk oyuna hansı kanallarda baxaq?

Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, Almaniyada keçiriləcək çempionatın açılış matçında yerli komandayla Şotlandiya millisi üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı ölkəmizdə İctimai TV canlı yayımlayacaq. Bundan başqa, Türkiyənin TRT 1 və Rusiyanın “Match” TV kanalları da Avro-2024-ün bu matçını mavi ekranlara daşıyacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43