Dünya futbolu

Avro 2024: Fransa və Portuqaliya 1/4 finalda

Avro-2024-də 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında  Fransa “Merkur Spiel Arena”da Belçikanı məğlub edib – 1:0. Didye Deşamın komandası bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.

Digər oyunda Portuqaliya “Deutşe Bank Park”da Sloveniya ilə qarşılaşıb. Əsas vaxtı heç-heçə (0:0) sona çatan görüşdə Portulqaliya millisi penaltilər seriyasında rəqibini məğlub edib.

Qeyd edək ki, bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.

Avro-2024, 1/8 final

20:00. Fransa – Belçika – 1:0

Qol: Yan Vertongen, 85-avtoqol

Baş hakim: Qlen Niberq (İsveç)

“Merkur Spiel Arena”

23:00. Portuqaliya – Sloveniya – 0:0 (Penaltilər – 3:0)

Qırmızı vərəqə: Matyaz Kek, 105+1 (Sloveniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

“Deutşe Bank Park”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43