Dünya futbolu

AVRO-2024: İtaliya uduzdu, Portuqaliyadan darmadağın

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, H qrupundakı ilk oyunda Qazaxıstan evdə Sloveniya millisinə uduzub – 1:2.

Gecənin əsas qarşılaşma isə Neapol şəhərində İtaliya və İngiltərə milliləri arasında gerçəkləşib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. İngiltərə yığması 80-ci dəqiqədə azlıqda qalsa da, görüşdən qalib ayrılıb.

AVRO-2024, seçmə mərhələ

I tur

23 mart

C qrupu
23:45. İtaliya – İngiltərə – 1:2

Qollar: Mateo Retegi, 56 – Deklan Rays, 13. Harri Keyn, 44 (pen.)

Qırmızı vərəqə: Lük Şou, 80 (İngiltərə)

23:45. Şimali Makedoniya – Malta – 2:1

Qollar: Elif Elmas, 6. Darko Çurlinov, 72 – Yannik Yankam, 86 

H qrupu
19:00. Qazaxıstan – Sloveniya – 1:2 

Qollar: Maksim Samorodov, 23 – David Brekalo, 47. Jan Vipotnik, 78

22:45. Danimarka – Finlandiya  – 3:1

Qollar: Rasmus Hoylunn, 21; 82; 90+3 – Oliver Antman, 53

22:45. San Marino – Şimali İrlandiya – 0:2

Qollar: Dion Çarlz, 24; 55

J qrupu
23:45. Portuqaliya – Lixtenşteyn – 4:0

Qollar: Juan Kanselu, 8. Bernardu Silva, 47. Kriştianu Ronaldu, 51 (pen.); 63

23:45. Slovakiya – Lüksemburq – 0:0

23:45. Bosniya və Herseqovina – İslandiya – 3:0

Qollar: Rade Kruniç, 14; 40. Amar Dediç, 63


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43