Ölkə futbolu

AVRO-2024: Millimiz Avstriyaya məğlub oldu- YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyanı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 0:1.

AVRO-2024, seçmə mərhələ

VIII tur

20:00. Azərbaycan – Avstriya 0:1

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43