Dünya futbolu

Avro 2024: Türkiyə və Gürcüstan qrupdan çıxdı

Almaniyada təşkil olunan Avro-2024-də bu gün qrup mərhələsinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün əsas qarşılaşması isə F qrupunda baş tutub.  Qardaş ölkə Türkiyə Çexiyanı məğlub edərək qrup ikincisi kimi 1/8 finala adlayıb. “Ay-ulduzlular” 1/8 finalda Avstriya ilə üz-üzə gələcək.

Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb. Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrupda üçüncü yeri tutmaqla 1/8 finala yüksəliblər.

Qeyd edək ki, Avro-2024 iyulun 14-də yekunlaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43