03 Avqust 2020
Kateqoriyasız

Avrokubok təmsilçilərimiz yenidən koronavirus testindən keçəcəklər

Məşq etmələrinə icazə verilən klublar yenidən koronavirus testindən keçəcəklər.

2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın futbolçularından, məşqçilərindən və əməkdaşlarından təkrar analiz götürüləcək. Testlər əvvəlki kimi ödənişli olacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün avrokuboklara qatılacaq komandaların sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə məşq etmələrinə icazə verib.

Qeyd edək ki, yeni mövsümdən “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında iştirak edəcək (Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” – “Sperantsa” – heyətlər

admin

Mxitaryan Bakıya gələcək? – “Arsenal” açıqladı

admin

Çempionlar Liqası: I təsnifat mərhələsi start götürür

admin