22 Sentyabr 2024
Kateqoriyasız

Avrokubok təmsilçimiz ev oyunlarını hansı stadionda keçirəcək?

Ölkəmizi UEFA Konfrans Liqasında (KL) təmsil edəcək “Sumqayıt”ın rəqiblərini harada qəbul edəcəyi dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, “kimyaçılar” KL-in ilk təsnifat mərhələsində ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirə biləcək. 

Bir müddət əvvəl əvvəl UEFA nümayəndəsinin arenada olması və burada bəzi nöqsanları aşkarlamasının ardından, klub rəhbərliyi həmin çatışmazlıqların aradan qaldırılması yönündə işlərə başlayıb.

Klubdan saytımıza bildirilib ki, qısa zamanda nöqsanlar aradan qaldırılacaq və komanda doğma publika önündə oynaya biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43