Ölkə futbolu

“Avrokuboklara yolumuz yalnız Premyer Liqadan keçir”

Topaz Premyer Liqasının martın 18-də keçiriləcək XXVI turunda “Qəbələ” “İnter”lə qarşılaşaсaq. Son 3 turda qələbə qazanan “qırmızı-qaralar” səfər qarşılaşmasında da uğurlu nəticə qazanmaq iddiasındadır. “Qəbələ”nin təcrübəli yarımmüdafiəçisi Cavid Hüseynov qarşıdakı görüşlə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb:

“İnter”lə oyuna çox yaxşı hazırlaşmışıq. Fikrimiz yalnız qələbə qazanmaqdır. Səfər oyununda 3 xal qazanmağa köklənmişik. Kollektiv oyun nümayiş etdirib, meydanda vahid komanda kimi mübarizə aparsaq, bunu bacararıq. Komanda yeni formalaşır. Bu üzdən bizə zaman lazım idi. Bizim də kifayət qədər vaxtımız olub. Artıq hər şey sabitliyə doğru gedir. İndiki mövqeyimizdən razı deyilik. Bunu düzəltmək üçün qələbələr qazanmalıyıq. Çempionatın son 3 oyununda qalib gəlmişik. “İnter”lə oyunda bu seriyanın daha uzunmüddətli olması üçün çalışacağıq. Düzdür, çempionatla yanaşı, kubokda da uğurlu çıxış edib, finala qədər irəliləmək istəyirdik. İndi bütün fikrimizi çempionata yönəldəcəyik. Çünki avrokuboklara yolumuz yalnız Premyer Liqadan keçir. Hər matça qələbə üçün çıxıb, 3-4-cü yerlər uğrunda mübarizə aparacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqada 1-ci turun hakim təyinatları

admin

“Xəzər Lənkəran”ın əfsanəvi futbolçusu: “Super Kubok Lənkərana gedəcək”

admin

“Kəpəz”in gəncləri debütdən danışdı

admin