Layihə

Avroliqa təmsilçilərimizdən qorxuducu statistika (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı birinci yazısı.

Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümü başa çatdı.

İdmanxeber.com-un məlumatına görə,  28 turdan sonra “Qarabağ” yenidən çempionluğu bayram edib. “Qəbələ” gümüş, “İnter” isə bürünc medallarla kifayətlənib..

Geridə qoyduğumuz mövsümün maraqlı bir statistik göstəricisi ilə sizi yaxından tanış edirik:

Qış fasiləsinə qədər…

56 oyun, 224 sarı vərəqə + 12 qırmızı vərəqə

Premyer Liqamızda qış fasiləsinə qədər hakimlər 14 turdan sonra ümumilikdə baş tutan 56 oyunda futbolçulara 224 sarı vərəqə göstərib. 14 turdan sonra qırmızı vərəqələrin sayı isə 12-di.

Ən çox sarı kartla futbolçuları cəzalandırılan komandaların siyahısına "İnter" başçılıq edir. "Bankirlər"də bu göstərici 45-ə bərabərdi. İkinci pillədə "Zirə", 3-cü yerdə isə AZAL qərarlaşıb.

Ən azı sarı kartla cəzalanan futbolçular "Sumqayıt" və "Qarabağ"da cəmləşib – 18 sarı vərəqə.

"Sumqayıt" və "Zirə" 14 turdan sonra futbolçusu qırmızı vərəqə görməyən yeganə komandadır.

Ümumilikdə isə siyahı aşağıdakı kimidi:

“İnter” – 45 sarı vərəqə + 1 qırmızı vərəqə

“Zirə” – 36  sarı vərəqə

 AZAL – 32  sarı vərəqə + 3 qırmızı vərəqə

“Qəbələ” – 31  sarı vərəqə + 1 qırmızı vərəqə

“Kəpəz” – 25  sarı vərəqə + 3 qırmızı vərəqə

“Neftçi” – 19  sarı vərəqə + 3 qırmızı vərəqə

“Qarabağ” – 18  sarı vərəqə + 1 qırmızı vərəqə

“Sumqayıt” – 18  sarı vərəqə

Qış fasiləsindən sonra…

TPL-də qış fasiləsindən sonra hakimlər futbolçulara ümumilikdə 202 sarı vərəqə göstərib ki, bu da fasilədən öncəkində 22 sarı vərəqə daha azdı. Qış fasiləsindən sonra hakimlər daha çox "Zirə" və "Sumqayıt"ın üzvlərini cəzalandırıb – 30 sarı vərəqə. 

2017-ci ilin ilk qırmızı vərəqəsini "Zirə"nin üzvü Sezar Meza Kolli alıb. 

Ən maraqlı məqam ondan ibarətdi ki, "Sumqayıt" klubunün heç bir üzvü 2016/2017 mövsümündə bir dəfə də olsun qırmızı vərəqə almayıb.

Ümumilikdə isə siyahı aşağıdakı kimidi:

“Zirə” – 30 sarı vərəqə + 3 qırmızı vərəqə

“Sumqayıt” – 30  sarı vərəqə

“İnter” – 28  sarı vərəqə

“Qəbələ” – 27  sarı vərəqə + 2 qırmızı vərəqə

“Neftçi” – 27  sarı vərəqə

“Kəpəz” – 25  sarı vərəqə + 2 qırmızı vərəqə

“Qarabağ” – 19  sarı vərəqə

AZAL – 16  sarı vərəqə  + 2  qırmızı vərəqə

 

Mövsümün mənzərəsi: 112 oyun, 426 sarı vərəqə + 24 qırmızı vərəqə

Premyer Liqamızın 2016/2017 mövsümündə hakimlər ümumilikdə futbolçulara 426 sarı vərəqə, 24 qırmızı vərəqə göstərib.

TPL-də başa çatan mövsümdə ən çox sarı vərəqə ilə cəzalandırılan komanda "İnter"di. Zaur Svanadzenin komandası Premyer Liqanın başa çatan mövsümünün ən intizamsız komandası sayıla bilər. Bu siyahıda "Zirə" ikinci, "Qəbələ" isə üçüncüdü.

Çempion "Qarabağ" isə çempionatın ən intizamlı kollektividi.

Ümumilikdə isə sıralamağ aşağıdakı kimidi:

1. "İnter" – 73 sarı vərəqə, 1 qırmızı vərəqə

2. "Zirə" – 66 sarı vərəqə, 1 qırmızı vərəqə

3. "Qəbələ" – 58 sarı vərəqə, 3 qırmızı vərəqə

4. "Kəpəz" – 50 sarı vərəqə, 5 qırmızı vərəqə.

5.  AZAL – 48 sarı vərəqə, 5 qırmızı vərəqə

6. "Sumqayıt" 48 sarı vərəqə

7. "Neftçi" – 46 sarı vərəqə, 3 qırmızı vərəqə

8. "Qarabağ" – 37 sarı vərəqə, 1 qırmızı vərəqə.

Yuxarıda da gördüyünüz kimi ölkəmizi avrokuboklarda təmsil edəcək 4 komandadan 3-ü intizamsız komandaların siyahısında ilk "üçlük"də qərarlaşıb.

Səxavət QURBANOV

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43