Ölkə futbolu

Avroliqanın püşk atma mərasimində Azərbaycanı kim təmsil edəcək?

Veteran futbolçu ölkəmizi təmsil edəcək.

İdmanxeber.az AFFA-nın saytına istinadən bildirir ki, Avqustun 31-də Monakoda UEFA Avropa Liqası turnirinin cari mövsümünün qrup mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43